Prezident bu universitetin rektorunu işdən çıxardı

Prezident bu universitetin rektorunu işdən çıxardı

Prezident bu universitetin rektorunu işdən çıxardı

 

Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

N.Əliyeva 23 iyun 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.

 

Xatırladaq ki, YAP-ın sonuncu qurultayında “vurulanlardan” biri də Nurlana Əliyeva olmuşdu. O, nəinki YAP Qadınlar Şurasının sədri vəzifəsini itirmişdi, həm də partiyanın İdarə Heyətindən kənarlaşdırılmışdı.

 

Qeyd edək ki, Nurlana Əliyevanın adı bir neçə dəfə müxtəlif qalmaqallarda hallandırılıb. Məsələn, 2019-cu ilin oktyabrında Bakı Slavyan Universitetinin tələbələri arasında Sovet və Rusiyanın tanınmış dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə esse müsabiqəsinin keçirilməsi böyük hay-küyə səbəb olmuşdu. O zaman 1990-cı il yanvar ayının 20-də sovet qoşunlarının Azərbaycan paytaxtına soxulmasında və qanlı hadisələrin törədilməsində xüsusi rolu olan Primakovun Azərbaycanda görkəmli dövlət xadimi kimi anılması səs-küysüz ötüşməmiş, yerli mətbuat və sosial şəbəkələr Nurlana Əliyevanı Azərbaycanın milli maraqlarına xəyanət etməkdə suçlamışdı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]