Qurban bayramı münasibətilə "Təzəpir" məscidində bayram namazı qılınıb

Qurban bayramı münasibətilə "Təzəpir" məscidində bayram namazı qılınıb

Qurban bayramı münasibətilə "Təzəpir" məscidində bayram namazı qılınıb 

 

Bu gün səhər saatlarında Bakıdakı Təzəpir məscidində Qurban bayramının namazı qılınıb.

Bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, artıq ikinci gündür Azərbaycanda Qurban bayramı qeyd edilir. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə görə, Azərbaycanda qurban kəsilməsi üç gün - 20, 21 və 22 iyulda davam edə bilər.

Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar 18-21 iyul qeyri-iş günləridir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]