Qadın voleybol yığmamız AÇ-2021-ə hazırlığı Bakıda davam edir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamız AÇ-2021-ə hazırlığı Bakıda davam edir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamız AÇ-2021-ə hazırlığı Bakıda davam edir - İNTİQAM təqdim edir (AZpress.AZ)


Qadın voleybol yığmamız AÇ-2021-ə hazırlığı Bakıda davam edir, Komandamız Macarıstanla ilk yoxlama matçında uduzub

 

AÇ-2021-ə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-Mərkəzindəki hazırlıq prosesindən sonra təlim-məşq toplantısını paytaxt Bakıda davam etdirən qadın voleybol yığmamız nəzərdə tutulan yoxlama görüşlərindən birini keçirib. İlk görüş ölkəmizdə toplanışda olan Macarıstan millisi ilə baş tutub. Təəssüflər olsun ki, baş məşqçisi Vüqar Əliyev olan Azərbaycan yığması FİN-in İdman-Sağlamlıq Kompleksində keçirilən oyunda meydanı məğlub durumda tərk edib - 0:4 (29:31, 22:25, 21:25, 20:25). Bundan sonra yığmamız daha 3 belə yoxlama- sınaq matçı keçirəcək. Oyunlardan biri yenə də macarlarla, ikisi isə Belarus millisiylə olacaq.Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək. Qalan oyunların təqvimi belədir:

22 iyul

 

16:30. Azərbaycan – Belarus (FHN)

 

23 iyul

 

16:30. Azərbaycan – Macarıstan (AVF)

 

25 iyul

10:30. Azərbaycan – Belarus (AVF)

 

Yeri gəlmişkən, Avropa çempionatı avqustun 18-də start götürəcək.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]