Nazim Babayev də Tokio-2020-yə tamam deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Nazim Babayev də Tokio-2020-yə tamam deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Nazim Babayev də Tokio-2020-yə tamam deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

 

Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya Oyunları davam edir. Yarışın bu günə təsadüf edən 12-ci günü üçü güləşçi, birisə yüngül atlet olmaqla 4 idmançımız mübarizəyə qatılıb. İlk olaraq meydana çıxan yüngül atletimiz Nazim Babayev olub. Üç təkanla tullanma yarışlarına qatılan atletimiz 32 idmançı ilə birlikdə təsnifat yarışlarına qatılıb. Reqlamentə əsasən finala çıxmaq üçün təsnifat mərhələsində ilk 12-likdə yer tutmaq lazım idi. Təəssüflər olsun ki, Nazim Babayev buna nail ola bilməyib. Çıxış etdiyi A qrupunda 16,72 metr nəticə ilə 8-ci yeri tutan və özünün ən yaxşı nəticəsini göstərən atletimiz 32 iştirakçı arasında yekunda yalnız 15-ci yerlə kifayətlənib.Xatırladaq ki, Nazim Babayev 2016-cı ildə Rioda keçirilən 4 illiyin zirvə yarışında 25-ci yeri tutmuşdu.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]