İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi davam edir

İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi davam edir

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yaradılması məqsədilə Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi davam edir.
 

Bu məqsədlə Komitə sədrinin müvafiq sərəncamına əsasən İctimai Şuraya seçkilərin təşkili üçün Seçki Komissiyası yaradılıb. Seçki Komissiyasının 17 iyul 2021-ci il tarixli qərarı ilə 23 iyul 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixədək İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı elan olunub. Qeyd edək ki, İctimai Şura 13 nəfərdən ibarət tərkibdə seçiləcək.
 

Namizədliyini irəli sürmək istəyən şəxslər aşağıdakı linkdən ətraflı məlumat ala bilərlər.
 

https://customs.gov.az/az/elanlar

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]