AÇ-də 6 oyun, 6 məğlubiyyət, qadın voleybol yığmamızın Serbiya fiaskosu - İNTİQAM təqdim edir (AZpress.AZ)

AÇ-də 6 oyun, 6 məğlubiyyət, qadın voleybol yığmamızın Serbiya fiaskosu - İNTİQAM təqdim edir (AZpress.AZ)

AÇ-də 6 oyun, 6 məğlubiyyət, qadın voleybol yığmamızın Serbiya fiaskosu - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası bu gün Avropa çempionatında sayca 5-ci olan son matçına çıxıb.

 

Təəssüflər olsun ki, çempionatın A qrupunda Serbiya, Belçika, Rusiya, Bosniya-Hersoqovina və Fransa millisi ilə birlikdə yer alan yığmamız əvvəlki oyunlarda olduğu kimi, son matçda da meydanı məğlub durumda tərk edib - 1:3. Lakin bundan əvvəlki oyunların hamısında bir set belə qazana bilmədən və quru hesabla uduzan yığmamız son oyunda fransalılardan bir təsəlli set qopara bilib. Xatırladaq ki, baş məşqçisi Vüqar Əliyev olan yığmamızın yer aldığı A qrupunun oyunları Zaqrebdə (Serbiya) keçirilib. Reqlamentə görə qrupda ilk 4 yeri tutan komandalar mübarizəni növbəti mərhələdə davam etdirmək hüququ qazanıb.

 

Hazırda A qrupunda vəziyyət belədir: Serbiya – 12 xal (4 oyun), Belçika – 8 (4), Rusiya – 7 (3), Fransa – 6 (4), Bosniya-Hersoqovina – 3 (4), Azərbaycan – 0 (5).

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]