Masallıda atletika idman növü üzrə rayon birinciliyi keçirilib - (AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=10)

Masallıda atletika idman növü üzrə rayon birinciliyi keçirilib - (AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=10)

Masallıda atletika idman növü üzrə rayon birinciliyi keçirilib - (AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=10)

 

Bu gün, 26 avqust 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində, Azərbaycanın işğal olunmuş ərazilərin azad olunması zamanı şəhidlik zirvəsinə ucalan , Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş gənclər arasında atletika idman növü üzrə Masallı rayon birinciliyi keçirilmişdir.

 

Atletikanın qaçış, yerindən uzununa tullanma və asılqandan dartınma növləri üzrə təşkil edilən yarışın məqsədi torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin xatirəsini əziz tutmaq, həmçinin gənclərin atletika idman növünə marağını artırmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi bacarığı ilə seçilən idmançıları müəyyən etmək və üzə çıxarmaqdan ibarət olub.

 

Maraqlı və gərgin mübarizədən sonra hakimlər heyəti tərəfindən qaliblər elan edilib. Beləliklə yarışın yekun nəticələrinə əsasən:

 

100 metr məsafəyə qaçış üzrə, Quliyev Heydərəli Xanağa olğlu birinci yerə, Musayev Səid Emin oğlu ikinci yerə, Abuşov Əmrah Mübariz oğlu üçüncü yerə layiq görülmüşdür.

 

Yerindən uzununa tullanmaq üzrə, Şükürov Nizami Oktay oğlu birinci yerə,Mehdiyev Əli Vidadi oğlu ikinci yerə, Əliyev Rahid Güləxan oğlu üçüncü yerə layiq görülmüşlər.

 

Asılqandan dartınmaq üzrə, Quliyev Heydərəli Xanağa oğlu birinci yerə, Mehdiyev Əli Vidadi oğlu ikinci yerə, Abuşov Əmrah Mübariz oğlu üçüncü yerə layiq görülmüşdür.

 

Yarışda qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]