Beynəlxalq Yazıçılar Gildiyası tanınmış yazıçı Varis Yolçiyevlə yaradıcılıq görüşü keçirib

Beynəlxalq Yazıçılar Gildiyası tanınmış yazıçı Varis Yolçiyevlə yaradıcılıq görüşü keçirib

Beynəlxalq Yazıçılar Gildiyası tanınmış yazıçı Varis Yolçiyevlə yaradıcılıq görüşü keçirib 

 

Beynəlxalq Yazıçılar Gildiyası azərbaycanlı yazıçı Varis Yolçiyevlə onlayn yaradıcılıq görüşü keçirib.

 

Lada Baumgartenin rəhbərliyi ilə reallaşan görüşə müxtəlif ölkələrin yazıçıları da qatılıb.

 

İki saata yaxın davam edən görüşdə Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl medala layiq görülən, London ədəbi mükafatının qısa siyahısına düşən “Metamorfoz”, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində pitçinqi keçirilən “77-ci gün”, Türkiyədə ən populyar kitablar siyahısında yer alan “Son məktub”, Özbəkistanda ən çox satılan kitablar sırasında 2-ci yerə yüksələn “Sənə inanıram”, Rusiyada Moskva Ədəbiyyat Mükafatı qazanan “Yanvarın 13 günü” romanları söhbət mövzusu olub.

 

Varis Yolçiyev əcnəbi yazarlara Qarabağın tarixindən, İrəvan xanlığından danışıb, onları xəbərsiz olduqları mətləblər barədə məlumatlandırıb. Sonra yazıçı yaradıcılıq planlarını açıqlayıb, oxucuların çoxsaylı suallarını cavablandırıb.

 

Qeyd edək ki, Beynəlxalq Yazıçılar Gildiyası Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən elitar ədəbi qurumdur, sıralarında Avropa, Amerika, Asiya və Avstraliya yazıçılarını birləşdirir. Hər bazar günü zoom platforması üzərində bir yazıçıyla görüş təşkil edən qurum sentyabr ayında növbəti tədbirlərini yazıçılar B.Quberman (İsrail) və T.Kayzer (Almaniya) ilə keçirəcək.Azərtac

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]