COĞRAFİYAÇILAR QAFQAZ YAY MƏKTƏBİNİN SERTİFİKATINA LAYİQ GÖRÜLÜBLƏR +FOTO=3

COĞRAFİYAÇILAR QAFQAZ YAY MƏKTƏBİNİN SERTİFİKATINA LAYİQ GÖRÜLÜBLƏR +FOTO=3

COĞRAFİYAÇILAR QAFQAZ YAY MƏKTƏBİNİN SERTİFİKATINA LAYİQ GÖRÜLÜBLƏR +FOTO=3

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Natəvan Cəfərova koordinator, Samirə Abuşova, İradə Əhlimanova, Aminə Muradova və magistrları Yeganə İbadlı, Nərmin Nağıyeva iştirakçı qismində “Cənubi Qafqazda iqlimə uyğunlaşma qabiliyyətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq Qafqaz yay məktəbi 2021-də (SCAC) iştirak ediblər.

 

Cenevrə və Davamlı Qafqaz Universiteti tərəfindən təşkil edilən tədbir İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklənir.

 

Təlim iştirakçıları təbii fəlakətlərin real vaxt rejimində xəritələşdirilməsi və əldə edilən məlumatların paylaşdırılması, GIS-dən istifadə ilə analizlərin aparılması, uzaqdan zondlama məlumatlarının işlənməsi, tematik məşqlər və xəritələrin ictimaiyyətə yayılması haqqında biliklərə yiyələniblər. Dərslərin sonunda əməkdaşlarımız təlimi bitirən 25 iştirakçı arasında fərqlənərək 14 nəfərlə birlikdə beynəlxalq sertifikata yiyələniblər.

 

Coğrafiyaçılar təlimi peşəkar səviyyədə bitirdiklərinə görə 2022-ci il, 22 aprel tarixində “Turizmin Davamlı İnkişafı üçün Transdisiplinarlıq: Qafqaz aliminin rolu” (“Transdisciplinarity for Sustainable Tourism Development: Role of Caucasus Scientist”) adı altında keçiriləcək 3-cü Qafqaz Dağ Forumunda (CMF3) iştirak etmək hüququ qazanıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]