2021-ci ilin 9 ayı ərzində yerinə yetirilmiş işlər barədə MƏLUMAT +FOTO=11

2021-ci ilin 9 ayı ərzində yerinə yetirilmiş işlər barədə MƏLUMAT +FOTO=11

2021-ci ilin 9 ayı ərzində yerinə yetirilmiş işlər barədə MƏLUMAT2021-ci ilin 9 ayı ərzində yerinə yetirilmiş işlər barədə MƏLUMAT +FOTO=11

 

2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib:

 

Respublika əhəmiyyətli - 103.5 km;
Yerli əhəmiyyətli - 312.5 km;
Bakı şəhər yolları - 124 km.

 

 

2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib:

 

“Zəfər Yolu” üzərində 4;
İsmayıllı rayonunda 4.

 

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib:

 

Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də uzunluğu 76.7 metr;
Ziya Bünyadov prospektində 90 metr uzunluğunda.

 

 

2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb:

 

Goranboy rayonu, Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolu. Uzunluğu 38 km;
Ağcabədi rayonu, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu. Uzunluğu 41 km;
Tərtər rayonu, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu. Uzunluğu 11 km;
Ağstafa rayonu, Böyük Kəsik-Ağgöl avtomobil yolu. Uzunluğu 5 km;
Qusar rayonu, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu. Uzunluğu 12.5 km;
İsmayıllı rayonu, Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu. Uzunluğu 13 km;
Salyan rayonu, Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu. Uzunluğu 15.3 km;
Şabran rayonu, Padar avtomobil yolu. Uzunluğu 2.5 km.
Həmçinin:

 

Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61.68 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib;
Bakı şəhəri, Yasamal rayonu Qanlı Gölün qərb hissəsində uzunluğu 1.3 km olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi başa çatdırılıb;
Vətən müharibəsi dövründə Goranboy rayonunda 17.7 km, Tərtər rayonunda 9 km, Daşkəsən rayonunda 1.5 km və Naftalan rayonunda 16 km uzunluğunda avtomobil yollarına və yol qurğularına dəymiş zərər aradan qaldırılıb.

 

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib:

- Nərimanov rayonu - 8.89 km;

- Binəqədi rayonu – 12.9 km;

- Suraxanı rayonu – 11.8 km;

- Qaradağ rayonu – 6.6 km;

- Xəzər rayonu – 16.3 km;

- Xətai rayonu - 11,4 km;

- Yasamal rayonu – 3.98 km;

- Sabunçu rayonu – 5.7 km;

- Nəsimi rayonu – 3.6 km;

- Nizami rayonu – 5.5 km;

- Səbail rayonu – 7.8 km;

- Pirallahı rayonu - 2 km.

 

 

2021-ci ilin 9 ayı ərzində:

 

16 kəndlərarası avtomobil yolu layihəsinin,
Şamaxı rayonunun və Naftalan şəhərinin daxili yollarının,
Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.

 

 

2021-ci ilin 9 ayı ərzində:

 

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 152 km, 4 hərəkət zolaqlı);
M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km, 4 hərəkət zolaqlı)
Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi;
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi;
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km);
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi;
Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi;
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi;
Susay-Xınalıq avtomobil yolunun tikintisi (34.8 km);
Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.

 

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında:

693 yol nişanı,
6 927 siqnal dirəyi,
2328 p/m əyrixətli tirlər quraşdırılıb və bərpa edilib;
1301.7 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

 

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.

 

Nəticədə:

6 055 p/m əyrixətli tirlər,
65 p/m beton bardür,
177 p/m mühafizə çəpəri,
20 işıq dirəyi,
15 yol nişanı,
4 məlumat lövhəsi,
3 dayanacaq,
18 səsboğucu lövhə,
1 hidravlik baryer və mühərriki,
164 m2 alkapon üzlük,
25 m körpü məhəccəri yararsız hala düşüb.

 

 

2021-ci ilin 9 ayı ərzində yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib ki, bundan 405.7 min manatı (70.9 %) ödənilib:

 

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərin,
3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə,
56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub.

 

 

2021-ci ilin 9 ayı ərzində AAYDA-nin “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 74 590 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

 

 

 

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]