Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır adlı tədbir keçirilib +FOTO=5

“Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” adlı tədbir keçirilib +FOTO=5

“Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” adlı tədbir keçirilib +FOTO=5

 

Demokratik İslahatlar və Hüquq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” adlı tədbirlərin təşkili layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində Ağstafa rayonunda 50 nəfərin iştirakı ilə ictimai aksiya keçirilmişdir. İctimai aksiya Heydər Əliyev Mərkəzindən Ağstafa rayon Mərkəzi bazarına kimi davam etdirilmişdir. Aksiyanın marşrutu əhalinin daha sıx olduğu ictimai obyektləri əhatə etmişdir. Aksiyanın içtirakçıları layihə çərçivəsində hazırlanmış “Uşaqlara qarşı zoraılıq gələcəyimizi məhv edir” adlı bukletləri paylamışlar. Aksiyanın məqsədi uşaqlara qarşı zorakılıq hallarına ictimaiyyətin diqqətinin cəlb edilməsi, bukletlər vasitəsilə əhalinin uşaqlara qarşı zorakılıq və onunla mübarizə, zorakılığa görə məsuliyyət, zorakılığın qurbanı olan uşaqların birbaşa hüquq-mühafizə orqanlarına müraciət imkanları barədə, zorakılığın qurbanı olan uşaqların müdafiəsi barədə maarifləndirilməsidir. Aksiya zamanı bukletlər paylanılarkən bukletin məzmunu, yəni uşaqlara qarşı zorakılığın növləri, bu zorakılıq hallarının aşkar edilməsi və gizlədilməsinin qarşısının alınması; uşaq zoraklılığı ilə bağlı dözümsüzlük şəraitinin yaradılması; uşaqlara qarşı cinsi zorakılıqla bağlı maarifləndirici məlumatların yayılması; uşaqlarla bağlı internet zorakılığı barədə izahatlar verilmişdir.

 

Demokratik İslahatlar və Hüquq İctimai Birliyinin sədri:
Mərhəmət Əsgərova

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]