"Muzeydə Gecə" yeni reallıq və rəqəmsal texnologiyalar formatında geniş kütləyə təqdim edildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=5)

"Muzeydə Gecə" yeni reallıq və rəqəmsal texnologiyalar formatında geniş kütləyə təqdim edildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=5)

"Muzeydə Gecə" yeni reallıq və rəqəmsal texnologiyalar formatında geniş kütləyə təqdim edildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=5)

 


18 may 2022-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il keçirilən Beynəlxalq "Muzeylər günü" çərçivəsində muzey mühitində genişmiqyaslı multimedia layihəsi - "Muzeydə Gecə" yeni reallıq və rəqəmsal texnologiyalar formatında geniş kütləyə təqdim edilmişdir.

 

Tədbirdə bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Baku Chamber Orchestranın müşayiətilə solistlər Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) parlaq ifaları ilə çıxış etdilər.

 

Təntənəli konsert proqramında Ü.Hacıbəylinin "Arazbarı", D.Çimarozanın qoboy və orkestr üçün konsert c moll, F.Mendelsonun Simli simfoniya N.10 b moll, F.Şopenin Konsert N.1 op.11, e moll əsərləri səsləndirildi.

 

Tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılanaraq, gur alqışlarla başa çatdı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]