Azərbaycanın iqtisadi imkanları Pakistanda işıqlandırılıb +FOTO=2

Azərbaycanın iqtisadi imkanları Pakistanda işıqlandırılıb +FOTO=2

Azərbaycanın iqtisadi imkanları Pakistanda işıqlandırılıb

 

Pakistanın ən qədim və böyük ali təhsil ocağı sayılan Pəncab Universitetinin Regional İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Lahor şəhərində ''Regional Bağlantıda Kəmər və Yol Təşəbbüsünün Önəmi'' mövzusunda Beynəlxalq Konfrans keçirilib. Tədbirdə Pakistan Hökuməti və Senatı (Parlamentin Yuxarı Palatası), yerli və beynəlxalq beyin mərkəzləri, ali təhsil ocaqları və logistika sahəsinə məsul qurumların yüksək rütbəli rəsmiləri, səfirliklərin nümayəndələri (Azərbaycan, ABŞ, Çin, Türkiyə, İndoneziya, Qazaxıstan, Qırğızıstan. Özbəkistan, Türkmənistan və Tacikistan), həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikası Səfirliyinin müşaviri Tamerlan Xəlilov və Bakı Dövlət Universitetinin maliyyə və menecment kafedrasının müdiri Kamran Eyyubov iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycan Səfirliyinin müşaviri Tamerlan Xəlilov Azərbaycanın həyata keçirdiyi transmilli nəqliyyat və enerji layihələrinin dövlətlərarası münasibətlərin gücləndirilməsinə, sosial-iqtisadi və elmi-texniki inkişafa böyük töhfə verdiyini və nəticə etibarı ilə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın sürətlə genişləndiyini vurğulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların milli iqtisadiyyatımızın sürətlə güclənməsini və müasirləşməsini təmin etdiyini xüsusi vurğulayan T.Xəlilov 44 günlük Vətən müharibəsində ölkəmizin Ermənistanın işğalı üzərində qazandığı qələbə nəticəsində azad edilmiş Azərbaycan ərazilərinin ümumi iqtisadiyyatımıza reinteqrasiyası, o cümlədən yeni beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılması imkanlarının regional təhlükəsizlik, sabitlik, firavanlıq və qarşılıqlı faydalı əməkdaşlığın iqtisadi-ticari əlaqələrin inkişafı ilə birlikdə Azərbaycan Respublikasının Cənubi Qafqazda lider dövlət kimi rolunu daha da artıracağını bildirib.

 

Daha sonra cari ildə Azərbaycan və Pakistan arasında birbaşa hava nəqliyyatının qurulduğu qeyd olunaraq, ümumilikdə Azərbaycanın tranzit imkanlarını əks etdirən, həmçinin Ələt Azad İqtisadi Zonası barədə video təqdimat nümayiş etdirilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]