Qadın şahmatçılarımız son anda medalı əldən veriblər - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın şahmatçılarımız son anda medalı əldən veriblər - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın şahmatçılarımız son anda medalı əldən veriblər  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hər iki komandamız Olimpiadada 7-ci olub

 

Hindistanın Çennae şəhərində İsveçrə sistemi üzrə keçirilən və Azərbaycan yığmaları da daxil olmaqla 188 və 162 qadın komandasının mübarizə apardığı 44-cü Şahmat Olimpiadasına bu gün baş tutan 11-ci turla yekun vurulub. Təəssüflər olsun ki, hər iki komandamız (kişi və qadın) bu dəfə də Olimpada ilə mükafatsız vidalaşıb. Qeyd edək ki, kişi komandamızdan fərqli olaraq, zəriflərimiz mükafatçılar arasında yer almaq, hətta qalib olmaq şansı vardı. Di gəl ki, qadın yığmamızın son həlledici turda Gürcüstan millisinə uduzması bütün doğrulmaq üzrə olan ümidləri alt-üst edib. Xatrladaq ki, 10-cu turda Ermənistan komandasını darmadağın edərək 16 xalla 6-cı pillədən 3-cü pilləyə qalxan qadın yığmamız son turu da qələbə ilə bitirəcəyi təqdirdə 18 xalla Olimpiadanın qalibi də ola bilərdi. Təəssüflər olsun ki, zəriflərimiz Gürcüstandan olan həmkarlarına uduzduqlarına görə nəinki çempionluq, hətta üçüncü olmaq şansını da əldən veriblər. Nənicədə də 10 turdan sonra qabaqladığı Ukrayna Olimpiadanın qalibi, Gürcüstansa ikinci yerin sahibi olub. Son tura qədər yarış cədvəlinə vahid liderlik edən ev sahibi Hindistan isə ABŞ-a uduzmaqla yalnız 3-cü olub. Beləliklə, heyəti Günay Məmmədzadə, Gülnar Məmmədova. Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyevadan ibarət olan qadın yığmamız 16 xalla 162 komanda arasında 7-ci olub.

 

Maraqlıdır ki, heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Məmmədovun cəmləşdiyi kişi komandamız da 11 turda 16 xal toplamaqla 7-ci olub. Xatırladaq ki, 9 turdan sonra 14 xalla 6-cı yerdə olan kişi komandamız 10-cu turda ermənilərə 1:3 hesabla uduzduqdan sonra birbaşa 16-cı pilləyə yuvarlanmaqla praktiki olaraq, medal şansını itirmişdi. Son turda komandamızın Serbiyanı 2,5:1,5 hesabla udması komandamızın 16 xalla yalnız 7-ci olmasına yetərli olub.

 

Bələliklə, həm son tura qədər medal qazanmaq şansı olan qadın komandamız, həm də kişi yığmamız daha bir Şahmat Olimpiadası ilə əliboş vidalaşıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]