Foto Məsləhətçi: - Kameranızın Gözlüyünü Gözünüzə Görə Tənzimləyin (Diopter Düzəlişi)

Foto Məsləhətçi: Kameranızın Gözlüyünü Gözünüzə Görə Tənzimləyin (Diopter Düzəlişi)

Hər kəsin kamera gözlüyündən baxış və görmə bucağı fərqlidir. Görmə bucağı üçün hər kəsin özünü təkmilləşdirməsi fərqlilik göstərərkən, gözlükdən baxdığınızdakı baxışın dəqiqliyi mövzusunda, bir-çox DSLR kamera üzərində bir tənzim mövcuddur. Bunun adına dioptrik düzəliş tənzimi (dioptrik correction adjustment) deyirik.

 

 

Dioptrik düzəliş, insanın gözlərinin baxışındakı kəskinliyin, optik alət üçün tənzimlənməsinin bir ifadəsidir. Bir başqa deyişlə diopter düzəlişi, tamamilə gözlükdən baxarkən insanın görmə qüsuruna görə düzəliş edilməsini təmin edən bir mexanizmdir. Hər kəsin görmə qabiliyyətləri fərqli olduğundan, uyğun fokusu mərkəzini təmin etmək üçün edilməsi lazım olan bir obyektiv düzəliş də deyə bilərik. Bu düzəlişlər insanlar arası görüş fərqliliyini ortadan qaldırmaq üçün edilmişdir. Bu gün sizə kameranızın gözlüyünü özünüzə görə necə tənzimləməniz lazım olduğunu izah etməyə çalışacağıq.

 

 

 

Diopter tənziminin xarab olması sizin dəqiq fotoşəkil çəkmənizə əngəl törədəcək ilk və ən əhəmiyyətli faktordur. Çünki, sizin gözünüzə görə dəqiqliyi təmin edilməmiş bir gözlük ilə fotoşəkil çəkmək istədiyinizdə əgər əllə manual fokuslama edirsinizsə dəqiq görüntünü axtaracaq və tapa bilməyəcəksiniz. Bu səbəbdən ən dəqiq görüntü haradadırsa oraya fokuslayıb fotoşəkili çəkəcəksiniz. Əlbəttə günümüzdəkiobyektivlərin artıq AF xüsusiyyəi daxili AF mühərriki olub, avtomatik fokuslama etməsi, diopter tənzimi xarab olsa belə sizin üçün obyektivin doğru fokuslama etməsini təmin edəcək.

 

 

Kameranızın Gözlüyünü Gözünüzə Görə Tənzimləyin (Diopter Düzəlişi)

 

Diopter tənzimini öz gözümüz və görmə bucağımızın dəqiqliyi üçün etməkdəyik. Diopterin doğru tənzimlənməmiş olması istifadə edilən obyektivin doğru fokuslama etməyəcəyi mənasını verməməkdədir. Yalnız sizin gözlükdən fokuslanmış sahəni dəqiq görməməniz mənasını verməkdədir. Eynək istifadə edən dostlar bunu daha dəqiq anlarlar, eynəkli və eynəksiz gözlük görüntüsü də dəyişəcək. İndi qısaca diopter düzəlişini necə edəcəyimizə baxaq.

 

 

· Əgər eynək taxırsınızsa, eynəklərinizi çıxarın.

· Kameranızın gözlüyündən güclü gözünüzlə baxın. (baxın. fotoşəkil çəkərkən doğru gözünüzü istifadə edirsinizmi?)

· Düyməyə yarım basıb kameranın fokuslama etməsini gözləyin.

· Gözlüyün sağ tərəfində olan diopter tənzimləmə düyməsini ilə oynayaraq fokuslanan sahəni ən kəskin gördüyünüz hala gətirin.

· Ən dəqiq gördüyünüz nöqtədə diopter tənzimi ilə oynamağı buraxın

 

Təbriklər! Artıq kameranızın gözlüyünü gözünüzə görə tənzimləmiş oldunuz.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !