"Neftçi" Əbu-Dabidə təlim-məşq toplanışında üç yoldaşlıq oyunu keçirəcək
"Neftçi" Futbol Klubu yanvar ayı təlim-məşq toplanışı çərçivəsində Qazaxıstan, Misir və Çin komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat verib.
"Ağ-qaralar" yanvarın 4-dən 17-dək Əbu-Dabidə (BƏƏ) təlim-məşq toplanışı keçirəcək. İlk təlim-məşq toplanışı yanvarın 5-nə planlaşdırılıb.
"Neftçi" üç yoldaşlıq oyunu keçirməyi planlaşdırır: yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Pyramids" (Misir) və 16-da isə "Çendu Ronqçenq" (Çin) ilə qarşılaşacaq.


