Məni bura NAZİR GÖNDƏRİB -
1937-ci ildən fəaliyyətdə olan və görkəmli musiqiçimiz Əhməd Bakıxanovun adını daşıyan 6 saylı uşaq musiqi məktəbini və onun kollektivini
KİMLƏR LƏĞV ETDİ?!
(+VİDEO=2)
Məlumatınız olsun ki, kollektivdə və mediada gedən etirazlara baxmayaraq Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbi, Gülnarə Səfərova və ona himayədarlıq edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin canfəşanlığı sayəsində ləğv olundu. Böyük pedaqoji tatixi və ənənələri olan musiqi ocağı bir adamın “kaprizi” (Gülnarə Səfərova) və digərlərinin korrupsiya maraqlarının qurbanı oldu.
1.CƏNAB NAZİR, yəni doğurdanmı illərlə formalaşmış, tanınmış bir musiqi məktəbinin taleyini kiminsə “kaprizi”nə qurban verdiniz? Adamın hələ də inanmağı gəlmir. Yəni Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbi kollektivinin səsləri Sizə çatmadı (video-1).
2.Sizin adınızdan istifadə edib,”Məni bura NAZİR GÖNDƏRİB və deyib ki, get orada qayda-qanun yarat” deyən Gülnarə Səfərova bir neçə ay kollektivdə gərgin ab-hava yaradaraq, kimini öz xahişi ilə, kimini “qurama aktlar” hazırlatdıraraq işdən azad etdi, sonda isə İbrahim Əliyevin köməyi ilə məktəbi bağlatdirdi və kollektivi binadan xaric edərək pərən-pərən saldı.
3.Bir müddət boş qalan binaya, Gülnarə Səfərova İbrahim Əliyevin nəhayət ki, “RAZILIĞI” ilə tez 12 saylı məktəbin müəllimlərini yerləşdirir. Demə, dava elə yer davası imiş! Bir də axı öz müəllim kollektivini idarə etmək daha asandır.
4. Gülnarə Səfərova, icazə verin, araşdirmaçı jurnalist qrupu adından sizə bir neçə süal verək:
-Sizə nazir demişdi ki, “get orada qayda-qanun yarat”, yoxsa, get oradan hamını qov, məktəbin adını da sil, ustünə rəhbərlik etdiyiniz 12 saylı məktəbin adını yaz və öz müəllimlərini yığ gətir otuzdur orada?
- Siz 6 saylı məktəbə gələn gündən,kollektivi hissə-hissə işdən çıxartdırdınız. Yarısını öz xoşuyla, yarısını maddə ilə işdən azad etdiniz. Sonda məktəbin ləğvinə nail oldunuz. Bu qayda-qanun yaratmaq idi?! Buna dağıdıcılıq deyirlər. Bu oyunda sizə yəqin ki,Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi İbrahim Əliyev də himayədarlıq edirdi. Ancaq bir şeyi anlaya bilmirik, sizin bu oyunlardan, yəni doğurdanmı NAZİRİN XƏBƏRİ YOX İDİ?
5. Gülnarə Səfərova, yadımızdan çıxmamış, bir sualımız da var: Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə,o cümlədən bütün musiqi məktəblərində ANIM GÜNÜ kimi qeyd olundu. Bəs siz niyə qeyd etmədiz? Maraqlıdır, kimdən küsmüşdünüz. Ramiz Mehdiyev kimi sizi də bu mövzu maraqlandırmırdımı? Biz onu da araşdırdıq. Ramiz Mehdiyevin üslubuna oxşayır, elə deyilmi? Necə deyirdi: “Mənə bu mövzuda sual verməyin!..” Valllah, bu Ramiz Mehdiyev ideologiyası bütün sahələri bürüyübeeee... Bunu şözgəlişi dedik, amma nəzərimizdə saxlayaq
6.Gülnarə Səfərova, yenə də, siz xalqımızın o böyük və sevimli sənətkarının adından istifadə edərək, “Şövkət Ələkbərovanın gəliniyəm” deyib, orada-burada özünüzü reklam edirsiniz. Halbuki, Şövkət Ələkbərova öz fəaliyyəti ilə, həmişə Azərbaycan mədəniyyətinə və musiqisinə xidmət etmişdir. Vallah, siz belə bir sənətkara qətiyyən layiq adam deyilsiniz. (Bunu sizə, redaksiyamıza daxil olan, faktlarla sübüt edəcəyik)
-Yeri gəlmişkən, “mən filankəsin oğluyam, mən filankəsin qızıyam, filankəsin gəliniyəm, filankəsin kürəkəniyəm” ifadələri indiki zamanda kimə və nəyə lazımdır?! Hər kəs öz əməlinə, bacarığına görə ad çıxarmalıdır. Siz, Gülnarə Səfərova, hansı bacarığınıza görə ad çıxardınız? Siz Azərbaycan musiqi pedaqogikasının tarixində, 1937-ci ildən fəaliyyətdə olan və görkəmli musiqiçimiz Əhməd Bakıxanovun adını daşıyan 6 saylı uşaq musiqi məktəbinin və onun kollektivinin məhv edilməsi ilə yaddaşlarda qalacaqsınız!
Yeri gəlmişkən, burada bir haşiyə çıxaq, digər tanınmışların övladları haqqında sizə məlumat verək, yaddaşımızı təzələyək: elə bu yaxın günlərdə tanınmış xalq şairi Söhrab Tahirin korrupsiyaya bulaşmış oğlu İrana qaçmadımı? Və yaxud digər böyük sənətkarımız Niyazinin oğlunun əməlləri yaddan çıxıbmı? Niyazi rəhmətə gedəndən sonra narkoman oğlu evində nə qalırsa satıb narkotikə xərcləyir. Sonda da anasından pul tələb edə-edə, onun həyatına qəsd edən Niyazinin oğlu deyildimi? Mən filankəsin oğluyam, mən filankəsin gəlniyəm. Bəlkə bu cür manipulyasiyaları tərgidək. Vallah, adamın lap “əti tökülür”, belə şeyləri eşidəndə. Özünüz nə iş görmüsünüz?, biri narkoman, digəri korrupsioner və... ... öz “kaprizləri” ilə, 1937-ci ildən fəaliyyətdə olan musiqi oçağını söndürən və s.. Siyahını üzatmaq olar, amma başqa bir vaxt.
7.Və sonda, Gülnarə Səfərova, sizə təşəkkür də düşür. Qrup adından bildiririk ki, qalmaqallı fəaliyyətinizi araşdirdiqca, siz bizi Mədəniyyət Nazirliyinin elə qaranlıq güşələrinə yönləndirib, işıq saldıniz ki, hələ də şokdayıq. Qurdaladıqca da, yeni faktlər üzə çıxır. Hələlik bir misal gətirək: İbrahim Əliyevin tender əməliyyatlarına valehik. Bu tenderlər o qədər “şəffaf” keçirilir ki, onları nəinki adi gözlə, heç mikroskopla da ayırd etmək olmur. Hesablama Palatası, Siz necə, Siz də onları görmürsünüz, yoxsa görürsünüz, amma ki...
-Əziz oxucular, ARAŞDIRMAMIZIN ARDI VAR... Bizi izləyin.
-Yeri gəlmişkən, Sızlərə xeyli video-audio yazılar da təqdim edəcəyik.( Gülnarə Səfərova elə bilir ki, onların bəzilərini internet resurslarından sildirib. Əziyyət çəkməyin, araşdima qrupumuzun, hər biri, ayrı-ayrılıqda onları yenidən yayımlayır
"70 C" jurnalist araşdirma qrupu
VİDEO-1: >>> Ürəkağrıdan həyacan səsləri
QEYD:
Redaksiya qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini
yayımlamağa hazırdır!
WhatsApp: 050 616 4540

