İsveçrə Nikolas Maduro və onunla əlaqəli şəxslərin aktivlərini dondurub
İsveçrə keçmiş Venesuela prezidenti Nikolas Maduronun və onunla əlaqəli şəxslərin bütün aktivlərini dondurmaq qərarına gəlib.
Bu barədə İsveçrə Federal Şurasının bəyanatında bildirilib.
Bəyanatda deyilir: "5 yanvar 2026-cı ildə Federal Şura Nikolas Maduroya və onunla əlaqəli digər şəxslərə məxsus İsveçrədəki bütün aktivləri dərhal dondurmaq qərarına gəlib. Federal Şuranın məqsədi aktivlərin xaricə köçürülməsinin qarşısını almaqdır".
Bir müddət əvvəl ABŞ Maduro və həyat yoldaşı Siliya Floresə qarşı narkoterrorizm ittihamı irəli sürüb. Daha sonra Ağ Evin mətbuat xidməti Maduronun saxlanıldığı və Nyu-Yorka aparıldığı barədə məlumat yayıb.


