Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Venesuela qurbanlar üçün matəm elan etdi

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkə lideri Nikolas Maduronun tutulması əməliyyatı zamanı ABŞ-nin zərbələri nəticəsində həlak olan əsgərlər üçün yeddi günlük matəm elan etdi.

Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.

Yanvarın 4-də Venesuela Ali Məhkəməsi Delsi Rodrigezi müvəqqəti prezident kimi tanıyıb və o, yanvarın 5-də and içib.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp yanvarın 3-də ABŞ-ın Venesuelaya qarşı genişmiqyaslı hücuma uğurla başladığını elan edib. O, prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesueladan çıxarıldığını qeyd edib.

Daha sonra, yanvarın 6-da Tramp Venesuelaya hücum zamanı həlak olan ABŞ əsgərlərinin sayının çoxluğundan təəssüfləndiyini bildirib. O, həmçinin qeyd edib ki, Latın Amerikası ölkəsindəki əməliyyat Vaşinqtonun yerdə nəhəng hərbi qüvvəyə malik olduğunu sübut edib.

Best coffeeshop in Berlin