Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Oxatanların ölkə çempionatı başlayıb

Yanvarın 14-də Azərbaycan Tibb Universitetinin "Tibb" İdman Mərkəzində kamandan oxatma üzrə Azərbaycan çempionatına (kişi və qadınlar arasında) və ölkə birinciliyinə (U-15 yeniyetmələr və U-21 gənclər arasında) start verilib. Azərbaycan Kamandan Oxatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda 70-dək idmançı medallar uğrunda mübarizəyə qatılıb.

Yarışların ilk günü təsnifat mərhələsinə yekun vurulub. İştirakçılar 18 metrdən hədəfi insan alıblar. 

Yanvarın 15-də 1/16, 1/8 və 1/4 final mərhələnin , yanvarın 16-da isə həlledici final yarışları keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin