Belarus Trampdan "Sülh Şurasına" qoşulmaq üçün dəvət alıb
BelTA-nın Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Belarus diktatoru Aleksandr Lukaşenkonu Qəzza məsələləri üzrə "Sülh Şurasına" qoşulmağa dəvət edib.
"Belarus tərəfi Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampdan Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkoya şəxsi müraciət alıb. Müraciətdə Qəzzadakı vəziyyətin həlli kontekstində Belarusun yeni beynəlxalq təşkilat olan "Sülh Şurasına" üzv olması təklif olunur", - deyə o vurğulayıb.
Varankovun sözlərinə görə, Belarus bu təklifi "Belarus liderinin şəxsi nailiyyətlərinin və beynəlxalq nüfuzunun tanınması" kimi qəbul edir.


