Moldova MDB-dən çıxacaq
Moldova MDB ilə əsas müqavilələri ləğv etmək prosesinə başlayıb ki, bu da onun təşkilatdan çıxmasına imkan verəcək. Baş nazirin müavini və xarici işlər naziri Mihai Popşoi bu barədə Moldova Radiosunda məlumat verib.
"Onların rəsmi ləğvindən sonra ölkəmiz MDB-nin üzvü olmağı dayandıracaq, baxmayaraq ki, onun təşkilatda faktiki iştirakı daha əvvəl dayandırılıb. Bu sənədlər yekun təsdiq üçün parlamentə təqdim olunacaq", - deyə baş nazirin müavini bildirib.


