Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Keçmiş baş nazirin qatili ömürlük həbs cəzası aldı

Yaponiya məhkəməsi Tetsuya Yamaqamini 2022-ci ildə keçmiş Baş nazir Şinzo Abeni öldürməkdə günahkar bildikdən sonra ömürlük həbs cəzasına məhkum edib.

Prokurorlar Abeni evdə hazırlanmış odlu silahla öldürdüyünü etiraf edən 45 yaşlı Yamaqami üçün ömürlük həbs cəzası istəmişdilər. Keçmiş baş nazirə hücum 2022-ci ildə Nara şəhərindəki seçki kampaniyası zamanı baş vermişdi.

Məhkəmə iş üzrə 15 dinləmə keçirib. Məhkəmə prosesi 2025-ci ilin oktyabrında başlayıb. İlk dinləmədə təqsirləndirilən şəxs günahını tam etiraf edərək bildirib: "Hamısı doğrudur. Bunu mənim etdiyimə şübhə yoxdur".

Yamağami məhkəmədə ifadəsində cinayəti törətməyə onu ağır maddi vəziyyət, qardaşının intiharı və dini təriqətə qarşı düşmənçiliyi sövq etdiyini bildirib. Dinləmə zamanı məlum olub ki, Birləşmə Kilsəsinin davamçısı olan anası təşkilata böyük ianələr etməklə ailənin maddi vəziyyətini sarsıdıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Birləşmə Kilsəsinə qarşı çıxan qardaşının ölümündən sonra o, qisas aktı planlaşdırmağa başlayıb. Yamağami Abeni Birləşmə Kilsəsinin legitimliyinə töhfə verən bir şəxs hesab edib və siyasətçinin öldürülməsinin təşkilata ən böyük ziyan vuracağı qənaətinə gəlib.

İttihamçıların günahkar hökm çıxarılması üçün müraciətində Yamağaminin işini "müharibədən sonrakı tarixdə görünməmiş" adlandırıblar. Bu arada, müdafiə tərəfi təqsirləndirilən şəxsin "zorakılıq qurbanı" olduğunu iddia edərək 20 ilə qədər həbs cəzası istəyib.

Best coffeeshop in Berlin