Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"ORDU" evdə "Sumqayıt"la bacarmayıb

Dünən kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) sayca 14-cü tura start verilib. Turun ilk günü "Sərhədçi" İdman Kompleksində "B" qrupuna liderlik edən "ORDU" klubu Sumqayıtın eyniadlı komandasını qəbul edib. Matçın favoriti "ORDU" hesab edilsə də, qələbəni "Sumqayıt" qazanıb - 96:100 (20:27, 29:19, 20:21, 27:33).

Bu gün isə daha iki oyun keçiriləcək. Quba Olimpiya İdman Kompleksində yerli "Quba" klubu "Lənkəran"i qəbul edəcək (saat 15:00).

"Sərhədçi" İdman Kompleksində isə eyniadlı klub "Naxçıvan"la qarşılaşacaq (20:00).

Yanvarın 24-də "Gəncə" klubu evdə "Sabah"ı qəbul edəcək (15:00).

Turun daha iki oyunu yanvarın 25-də keçirəcək. Şəki OİK-də yerli "Şəki" klubu saat 15:00-da "NTD Baku" ilə üzləşəcək. "Neftçi" isə Bakı İdman Sarayında "Abşeron Lions"u qəbul edəcək (18:00).

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin