"AZERRAİL" və "Gəncə" ölkə kubokunun sahibidir
Şahdağ Turizm Mərkəzində kişilər və qadınlar arasında qar voleybolu üzrə keçirilən ölkə kubokuna yekun vurulub. Xəbər verdiyimiz kimi, iki gün (24-25 yanvar) davam edən yarışda 5 qadın klubu dairəvi, 4 kişi komandası isə Olimpiya sistemi üzrə mübarizə aparıb.
Kişilərin yarışında kuboku həlledici finalda "Qaraqaya" üzərində 2:0 (5:15, 6:15) hesabla qalib gələn "AZERRAİL" qazanıb. Üçüncü yeri isə "Gənclər" klubunu məğlub edən "Baku Fires" tutub - 0:2 (8:15, 6:15).
Qadınlar arasında isə qələbəni keçirdiyi 4 oyunun hamısında qalib gələrək 12 xal toplayan "Gəncə" klubu qeyd edib. İkinci yeri 3 qələbə sayəsində 8 xal yığan Milli tutub. İlk üçlüyü isə 6 xalla (2 qələbə) "AZERRAİL" tamamlayıb.
İNTİQAM Məmmədov


