Slot: "Komandam "Qarabağ"la oyuna yaxşı hazırlaşıb"
"Liverpul"un baş məşqçisi Arne Slot komandanın "Qarabağ"la oyuna yaxşı hazırlaşdığını bildirib.
Məşqçi UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda qarşıdan gələn ev oyunu ilə bağlı fikirlərini bölüşüb.
"Biz qələbəyə diqqət yetiririk", - Slot deyib.
"Liverpul" - "Qarabağ" matçı 28-29 yanvar gecəsi keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


