Avropa Liqası oyununu azərbaycanlı hakimlər idarə edəcək
Təşkilatın veb saytında dərc olunmuş açıqlamaya görə, Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA-dan daha bir təyinat alıb.
O, Danimarka təmsilçisi "Midtyulland" və Xorvatiya təmsilçisi "Dinamo Zaqreb" arasında keçiriləcək Avropa Liqasının əsas mərhələsinin 8-ci tur matçına hakim təyin edilib. Məsiyevə xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək, Kamal Umudlu isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oyun 30 yanvarda Herninqdə keçiriləcək.


