Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bəhram Şəms:

Bitməyən dərd

Əvvəl

adımı unutdum,

sonra səsimi,

ən axırda isə özümü...

 

Səndən sonra hər şey oldu:

sabah açıldı,

gün batdı,

amma mən tək qaldım...

 

Bəzi gedişlər

insanı tərk etmirmiş,

məhv edirmiş...

 

Məni bağışla,

çox sevdim səni-

ruhumdan ta iliyimə kimi...

 

Səhvim burdan başlayıb-

sən demə,

çox sevənlər

xatirəyə çevrilmək

riski yaşayırmış...

 

Bəlkə də ayrılmadıq biz,

sadəcə aramızdakı

məsafəni uzatdıq...

uzaqdan

daha güclü sevirmiş insan...

 

Səndən sonrası yoxdur:

susqunluq var,

yorğunluq var,

bir də sən varsan-

mənim bitməyən dərdim...

27.01.2026.

Best coffeeshop in Berlin