Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ"ın müdafiəçisi UEFA Çempionlar Liqasının ilk 3-lüyünə daxil oldu

Azərbaycan futbol klubu "Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində top ələ keçirmə üzrə ən yaxşı oyunçular arasında yer alıb.

Medina ümumi mərhələnin bütün oyunlarında 62 top ələ keçirməyi bacarıb.

Kolumbiyalı oyunçu bu mövsüm UEFA Çempionlar Liqasında iştirak edən bütün oyunçular arasında üçüncü yerdədir. Medina İspaniyanın "Atletik Bilbao" komandasından Aytor Paredesdən (77) və İtaliyanın "Atalanta" komandasından Odilon Kossundan (66) geri qalır.

Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci yerdə başa vuran "Qarabağ" pley-offda "Nyukasl Yunayted" və ya PSJ ilə qarşılaşacaq. Bu turun püşkü 30 yanvarda atılacaq.

Best coffeeshop in Berlin