Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Qarabağ"ın potensial rəqibinin oyunçusu bir aylıq sıradan çıxdı

"Paris Sen-Jermen" hücumçusu Xviça Kvaratsxeliya zədə səbəbindən təxminən 20 günlük meydanlardan kənarda qalıb.

Futbolçu UEFA Çempionlar Liqasının səkkizinci turunda "Nyukasl Yunayted"lə 1:1 hesablı heç-heçə ilə başa çatan oyunda topuq nahiyəsindən zədə alıb.

Kvaratsxeliya matçın 22-ci dəqiqəsində meydandan kənarlaşdırılıb.

"PSJ" və "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqibləridir. Ağdam klubunun 1/8 finaldakı rəqibi sabah müəyyənləşəcək.

Best coffeeshop in Berlin