AGF ilə AHİİTA arasında memorandum imzalanıb
Yanvarın 30-da AGF (Azərbaycan Güləş Federasiyası) ilə AHİİTA (Azərbaycan Həmkarlar ittifaqları İdman Təşkilatları Assosiasiyası) arasında ikitərəfli münasibətlərin qurulması üçün memorandum imzalanıb. Bu haqda AGF rəsmi saytında məlumat yayıb. Məlumata görə, memorandumda tərəflərin birgə layihələr həyata keçirilməsi, müxtəlif yarışların təşkili, AHİİTA-nin balansında olan idman mərkəzlərinin istifadəsi və başqa məsələlər müzakirə olunub və yekdil qərar qəbul edilib.
Xatırladaq ki, AGF güləş idman növünün inkişafı üçün digər idman qurumları ilə də əməkdaşlığı davam etdirir.
Qeyd edək ki, imzalanma mərasimində AGF tərəfdən baş katib Pərvin Piriyev, AHİİTA-dan isə qurumun rəhbəri Fikrət Hacıyev memoranduma imza atıb.
İNTİQAM Məmmədov


