Klassiklərin ölkə birinciliyi başa çatıb
Fevralın 3-də Gəncə Olimpiya İdman Kompleksində 20 yaşlılar arasında (U-20) idman güləşi üzrə startı verilən seçmə xarakterli Azərbaycan birinciliyi davam edir. Birinciliyin üçüncü günü yunan-Roma güləşi üzrə daha beş çəkidə keçirilən həlledici final görüşləri ilə klassiklərin yarışına yekun vurulub. Çempionların kimliyinə gəlincə, 60 kq çəkidə Maksut Cankurtaran (AHİİTA ), 67 kq-da Murad Əliyev (AHİİTA), 77 kq çəkidə Cavid Məmmədov (Neftçi), 87 kq çəki dərəcəsində Orxan Hacıyev (AHİİTA) və 130 kq çəkidə isə Museyi Kazım Hüseyn (DİN) bütün görüşlərini qələbə ilə başa vuraraq, Azərbaycan çempionu adını qazanıb.
İNTİQAM Məmmədov


