Əməkdar rəssam Tahir Məmmədovun fərdi sərgisi açılıb +FOTO=25
Azərbaycan Rəssamlıq Akademiyasının "Rəngkarlıq və Təsviri incəsənət müəllimliyi” kafedrasının professoru, Əməkdar rəssam Tahir Məmmədovun “Torpaq, Külək və Od" adlı fərdi sərgisi 3 fevral tarixində QGallery-də açılıb.
AZpress.AZ xəbər verir ki, sərgidə rəssamın son beş il ərzində yaratdığı əsərlər nümayiş olunur. Tahir Məmmədovun yaradıcılığı beynəlxalq miqyasda tanınır – onun əsərləri Tretyakov Qalereyasında, Şərq İncəsənəti Muzeyində, Paris və Belçikadakı sərgi məkanlarında, eləcə də ABŞ, Yaponiya, Almaniya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır. Rəssam indiyədək ABŞ, Paris, Belçika və Moskvada fərdi sərgilərlə çıxış edib.
Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndələri, tanınmış sənət adamları və ictimai xadimlər iştirak edib, rəssamın yaradıcılığı və Azərbaycan incəsənətinə verdiyi töhfələr vurğulanıb.
Sərgi 7 fevral 2026-cı il tarixinədək davam edəcək.


