Azərbaycanlı dağ xizəkçisi XXV Qış Olimpiya Oyunlarının növbəti mərhələsinə vəsiqə qazanıb
Azərbaycanlı dağ xizəyi idmançısı Anastasiya Alina Papatoma Paraskevaidou Kortina d'Ampezzoda keçirilən XXV Qış Olimpiya Oyunlarında slalom yarışının növbəti mərhələsinə yüksəlib.
92 nömrə ilə start götürən 18 yaşlı idmançı 1:01.81 saniyəlik nəticə ilə 95 iştirakçı arasında 59-cu yeri tutub.
Papatoma beləliklə, Olimpiya yarışlarında mübarizəsini davam etdirir.
Xatırladaq ki, XXV Qış Olimpiya Oyunları 22 fevralda başa çatacaq.


