Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda yeni beynəlxalq məktəb açılır

Badamdar Beynəlxalq məktəbimizi ilk olaraq Nəsimi filialından ora köçürüləcək Kembric məktəbimizin valideynlərinə təqdim etdik, konsepti, sistemi izah etdim!

Xeyirli, uğurlu olsun!

Şəmil Sadıqov

* * *

Bakının Badamdar qəsəbəsində Hədəf Şirkətlər Qrupunun yeni beynəlxalq təhsil layihəsi – Hədəf STARS Beynəlxalq Kembric Məktəbi (Hədəf STARS International Campus) fəaliyyətə başlayır.

Rəsmi olaraq elan edilib ki, 2 fevral tarixindən etibarən məktəbəqədər hazırlıq və 1–9-cu siniflər üzrə şagird qəbulu aparılacaq. Yeni kampus Cambridge International Education proqramı əsasında fəaliyyət göstərəcək.

Badamdarda yerləşən 5 mərtəbəli müasir tədris binasında qurulan məktəbdə Kembric beynəlxalq təhsil modeli Hədəfin milli dəyərlərə əsaslanan təhsil konsepti ilə uzlaşdırılacaq. Bu yanaşma beynəlxalq standartlarla yanaşı, şagirdlərin milli kimlik və sosial məsuliyyət anlayışlarının formalaşdırılmasını da hədəfləyir.

Qeyd edək ki, Cambridge International Education proqramı 160-dan çox ölkədə tanınır və bu sistem üzrə təhsil alan şagirdlər beynəlxalq sertifikatlar vasitəsilə dünyanın aparıcı universitetlərinə qəbul imkanı əldə edirlər.

Hədəf STARS International Campusda STEAM əsaslı tədris, 20-dən çox laboratoriya və emalatxana, laboratoriyalar, layihə yönümlü öyrənmə və mentorluq sistemi tətbiq olunacaq, sənət məktəbi fəaliyyət göstərəcək. Məktəbin məqsədi yalnız akademik nailiyyət deyil, həyata hazır, analitik düşüncəli və məsuliyyətli gənclər yetişdirməkdir.

* * *

Xanim Sultanova

Milliliyi qoruyub saxlayan Hədəf!Uğurlar olsun!

 

Yağmur Xəzan

Uğurlarınız bol olsun.

 

Qalib Sharifov

Xeyirli-uğurlu olsun

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin