Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu +FOTO=12

25 fevral tarixində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri növbəti konsert proqramı ilə dinləyicilər qarşısında uğurla çıxış edib. 

AZpress.AZ xəbər verir ki, konsertdə orkestrə Cənubi Koreyadan dəvət olunmuş dirijor Jong-hun Bae rəhbərlik edib. Gecənin proqramında F.Mendelssohn  6 saylı Simfoniya (Es-dur), O.Respighi -“Qədim rəqslər və ariyalar” adlı 3 saylı süita, E.Elgar simli orkestr üçün Serenada (e-moll, op.20), eləcə də J.Haydn violonçel və orkestr üçün 1 saylı Konsert (C-dur) səslənib.

Solist Aleksey Miltıxın (violonçel) ifası dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və alqışlarla müşayiət olunub.

Konsert klassik musiqinin zərifliyi, romantik ifadəlilik və qədim musiqi üslubunun incə çalarlarını bir araya gətirərək dinləyicilərə yaddaqalan sənət axşamı bəxş edib.

 

RUS:

25 февраля Азербайджанский Государственный Камерный Оркестр Имени Кара Караева с очередной концертной программой успешно выступил перед слушателями.

За дирижёрским пультом стоял приглашённый из Южной Кореи маэстро Чон Хун Бэ. В программе вечера прозвучали: Симфония №6 (Es-dur) Феликса Мендельсона, Сюита №3 «Древние танцы и арии» Отторино Респиги, Серенада для струнного оркестра (e-moll, op.20) Эдварда Элгара, а также Концерт №1 для виолончели с оркестром (C-dur) Йозефа Гайдна.

Солист вечера заслуженный артист Алексей Мильтых (виолончель) был тепло встречен публикой — его исполнение сопровождалось продолжительными аплодисментами.

Концерт объединил изящество классической музыки, романтическую выразительность и тонкие оттенки старинного музыкального стиля, подарив слушателям незабываемый вечер высокого искусства.

Best coffeeshop in Berlin