Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz Festivalı” keçiriləcək.
AZpress.AZ xəbər verir ki, festival çərçivəsində 17 mart 2026-cı il saat 19:00-da Filarmoniyanın istedadlı solistlərinin konsert proqramı təqdim olunacaq. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək, gənc ifaçıların təqdimatında tamaşaçılar unudulmaz musiqi axşamı yaşayacaqlar.
Festival müddətində qonaqlar üçün sərgi və yarmarka da təşkil ediləcək.
Novruz əhval-ruhiyyəsini bizimlə birlikdə yaşamaq üçün sizi Azərbaycan Dövlət Uşaq Filarmoniyasına dəvət edirik.


