Faiq İsmayılov:
Aşkar edilən yeni erməni vandalizmi: - Alban kilsəsi niyə yaşayış evinə çevrilib?
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur Regionlarında qalan “erməni mədəni irsi”nin güya azərbaycanlılar tərəfindən dağıdılması barədə erməni mətbuatında tirajlanan saxta məlumatlar narahatlıq doğurur. Lakin araşdırmalar zamanı məlum olduki ermənilərin 30 il işğal altında saxladıqları ərazilərdə xristian dövrü abidələrin bir çoxu erməni mədəni irsi elan edilib, bir qismi ermənilər tərəfindən dağıdılaraq yararsız hala salınıb və ya onların bəzilərinin formaları dəyişdirilərək yaşayış evi və ya digər təyənatlarla istifadə edilib. Yəni alban mədəni irsinin yox edilməsi üçün fəaliyyət göstərilib. Belə abidələrdən biri Xocavənd rayonunun Quzumkənd kəndinin mərkəzində yerləşəmn Alban Məbədidir.
Məbəd, Quzumkənd kəndin mərkəzində düzbucaqlı plana malik tək nefli tağlı tavanı olan zaldan ibarətdir. Kiçik və orta ölçülü, kobud yonulmuş daşlarla və əhəng məhlulu ilə tikilmişdir. Binanın xaric tərəfdən künc divarları, giriş qapısı və pəncərələrin ətrafı yonulmuş və cilalanmış daşlarla hörülüb. Binanın uzunluğu 12,5 metr, eni 6 metrdir. Tikilinin əsas fasadı suvaqlanmış və ağardılmışdır. Məbədin cənub fasadında da suvaq və ağardıcı izləri görünür.
Erməni tarixçisi Vahram Balayan “Qarabağın yaşayış məntəqələri” adlı əsərində “kilsə” adlandırdığı Quzumkənd Məbədinin 1858-ci ildə tikildiyini qeyd edir. Maraqlıdır ki müəllif, Quzumkənd kəndi erməni işğalından azad edildikdən sonra etdikləri saxtakarlığın fərqinə varmadan, bu abidəni “kilsə” adlandırmağa başlayıb və erməni mətbuatında böyük paylaşımlar edib. Lakin binanın üzərində XII-XIII əsrə aid xaç elementlərinin həkk olunması, binanın XIX əsrdə deyil daha qədim dövrdə tikildiyi ehtimalını yaradırki, bu da erməni tarixçisinin yalan danışdığını isbat edir.
Sovet dövründə məbəd kənd klubu kimi fəaliyyət göstərib və əsaslı təmir olunub. Görünür binanın əsas fasadının suvanması və əhənglənməsi də o dövrün “xatirəsidir”. Binanın daxili interyerinin təhlili onun alban memarlığının kilsə formasında tikildiyini təsdiq edir. Ehtimal olunur ki Unikal Alban memarlığı üslubunda tikilmiş bu binanın ermənilər tərəfindən yaşayış evinə çevrilməsi Qarabağdakı Alban mədəni irsinin yox edilməsinə hesablanıb ki, bu da təsüf doğurur.
Beləki İşğal dövrü ermənilər binaya müdaxilə edərək binanın üzərində ikinci mərtəbə tikilərək tarixi abidəni yaşayış evinə çeviriblər. Binada yaşayan şəxs ikinci mərtəbədə bir neçə yataq otağı və mətbəx birinci mərtəbədən isə evin zalı kimi istifadə edib. Hətta ikinci mərtəbədəki otaqlar üçün iki eyvanın olması və ikinci mərtəbəyə daş pilləkənin hörülməsi, binadan uzun müddət yaşayış evi kimi istifadə edildiyini göstərir.
Abidənin xarici görünüşü tamamilə təhrif olunsa da, alt mərtəbədəki məbəd hissəsi demək olar ki, toxunulmaz olaraq qalmışdır. Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli, 193 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq binaya əlavə edilmiş divarlar sökülərək əvvəlki vəziyyətinə qaytarılmalı və Dövlət Qeydiyyatına alınması üçün tədbir görülməlidir.
Qaldıki Quzumkənd kəndinin “erməni kəndi” olması iddiasına bu da erməni saxtakarlığının növbəti nümunəsidir. Beləki, Quzumkənd kəndi, Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində inzibati yaşayış məntəqəsidir. XX əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. 1977-cu il üçün tərtib olunmuş inzibati ərazi bölgüsündə kənd o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Martuni rayonunun “Kert” kənd Sovetinin tərkibində və “Kert kənd” Sovetinin mərkəzi kimi göstərilir.
Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, Hadrut rayonunun ləğvi, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsi qərara alınmışdı. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kert kəndi Quzumkənd kəndi adlandırılmışdır. Hal hazırda Quzumkənd kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun tərkibindəki Quzumkənd kənd inzibati ərazi dairəsinin mərkəzidir. Kənd, 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur.
Kəndin adı, Oykonim quzum, yəni payızlıq əkin yeri, və kənd sözlərindən düzəlib, "payızlıq əkin yeri olan kənd" mənasını daşıyır. XIX əsrin əvvəllərində ermənilərin kəndə yerləşdirilməsindən sonra, Quzumkənd kəndi “Kert” adlanmışdı. Yəni kənd barədə erməni iddialarının heç bir əsası yoxdur.
Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai birliyinin sədri


