U-18 basketbol millimiz Çempionlar Liqasında iştirak edəcək
7-12 aprel günlərində Bosniya və Herseqovinanın Lakatisi şəhərində 18 yaşlı basketbolçu oğlanlar arasında sayca dördüncü dəfə Çempionlar Liqası turniri keçiriləcək. Azərbaycan millisinin (U-18) ilk dəfə qatılacağı bu turnirdə 12 komanda 4 qrupda mübarizə aparacaq. Azərbaycan komandası turnirin "B" qrupunda Almaniya və ev sahibi ilə üzləşəcək.
Reqlamentə görə, qrup qalibləri çempionluq uğrunda mübarizəni 1/2 finaldan davam edəcəklər.
Qrup ikinciləri 5-8-ci, qrup autsayderləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov


