Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İran Qətərin və dünyanın ən böyük maye qaz kompleksini vurdu - Körfəz yanır

İran Qətərin Ras-Laffan sənaye kompleksinə zərbə endirib.

AZpress.AZ xəbər verir ki, hücumdan sonra dünyanın ən böyük mayeləşdirilmiş qaz (LNG) mərkəzlərindən biri hesab olunan Ras-Laffan neft-qaz kompleksində güclü partlayış baş verib, ardınca genişmiqyaslı yanğın qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə sənaye zonasının böyük hissəsini əhatə edib və obyektlərə ciddi ziyan dəyib. Bildirilir ki, Ras-Laffan qlobal LNG istehsalında əsas mərkəzlərdən biridir və burada yerləşən terminallar dünya bazarına qaz tədarükündə mühüm rol oynayır.

Qətər rəsmiləri hücumu kəskin şəkildə pisləyərək cavab hüququnu özlərində saxladıqlarını bəyan ediblər. Rəsmi açıqlamada enerji obyektlərinin hədəfə alınmasının qəbuledilməz olduğu vurğulanıb.

Qətərin ən böyük enerji şirkəti olan "QatarEnergy" də yaydığı məlumatda Ras-Laffan kompleksində ciddi zədələnmələrin baş verdiyini təsdiqləyib. Şirkətin açıqlamasına görə, hadisə nəticəsində ölkənin əsas qaz və enerji infrastrukturlarından birində istehsal və logistika zəncirinə ciddi təsir yaranıb.

Qeyd edək ki, Ras-Laffan kompleksi Qətərin LNG ixracının əsas dayaqlarından biri olmaqla yanaşı, qlobal enerji bazarında strateji əhəmiyyətə malikdir.

Best coffeeshop in Berlin
https://youtu.be/15m1krhCkK0?si=898fLvoPNLlcnu8t