Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ronaldo qayıtdı 

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo zədəsini sağaltdıqdan sonra Madriddən Səudiyyə Ərəbistanına qayıdıb.

AZpress.AZ xəbər verir ki, bu barədə 41 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Ronaldo foto paylaşaraq artıq klubun bazasında olduğunu bildirib. Forvard yazıb: "Geri qayıtdığıma şadam! Hər şey yaxşıdır".

Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında "Əl-Faiha"ya qarşı oyunda (3:1) zədələnmiş və müalicə üçün Madridə (İspaniya) getmişdi. O, cari mövsüm "Əl-Nəsr"lə 26 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.

Best coffeeshop in Berlin