Əbu-Dabidə təyyarənin qalıqlarının düşməsi nəticəsində 12 nəfər xəsarət alıb
Təyyarə qalıqlarının Əbu-Dabinin Əcban rayonuna düşməsi nəticəsində 12 nəfər yaralanıb.
Əmirliyin mətbuat xidməti bu barədə 3 apreldə sosial media hesabı X-də məlumat verib.
Bəyanatda deyilir: "Hakimiyyət orqanları hadisə nəticəsində altı Nepal və beş Hindistan vətəndaşının yüngül və orta dərəcəli, bir Nepal vətəndaşının isə ağır xəsarət aldığını təsdiqləyir".
İctimaiyyətə yalnız rəsmi mənbələrə etibar etmək və şayiələr yaymamaq tövsiyə olunur.


