Macarıstanın yeni lideri Putinlə dialoqa hazırdır
Macarıstan Tisza Partiyasının lideri Peter Magyar, mövcud siyasi və xarici siyasət çətinliklərinə baxmayaraq, Rusiya ilə praqmatik münasibətlər qurmağın zəruriliyindən danışıb.
Onun sözlərinə görə, Macarıstan və Moskva arasındakı münasibətlər yaxın gələcəkdə "düzgün istiqamətdə inkişaf edə" bilər. O, ölkənin Rusiyadan enerji təchizatından asılı olaraq qaldığını və bu sahədə əməkdaşlığın son dərəcə vacib olduğunu qeyd edib.
Magyar vurğulayıb ki, Drujba boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünün dayandırılması Macarıstanın enerji təhlükəsizliyini təhdid edə bilər. O bildirib ki, "Drujba boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünün dayandırılması Macarıstanın enerji təchizatını təhdid edir".
Siyasətçi həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Paks II nüvə elektrik stansiyası layihəsi də daxil olmaqla, mövcud enerji müqavilələrinin şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib.


