Cüdoçularımız Avropa çempionatına iki medalla başlayıblar
Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisidə kişi və qadınlar arasında cüdo üzrə Avropa çempionatına start verilib. Çempionatın ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, startda tatamiyə çıxan 7 cudocumuzdan ikisi - Əhməd Yusifovla (60 kq) Turan Bayramov (66 kq) daha imamla güləşərək mükafatçılar sırasında yer alıb. Hər iki cüdoçumuz çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. Qeyd edək ki, Yusifov analoji yarışda dalbadal ikinci dəfə eyni əyarlı medal qazanıb. Bayramov isə qitə çempionatında ilk dəfə medal əldə edib.
Təəssüflər olsun ki, start günü tatami üzərinə çıxan Balabəy Ağayev (60 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva və Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) çempionatla əliboş vidalaşıb.
İNTİQAM Məmmədov


