Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyə hücumlardan sonra məktəblərdə polis nəzarətini gücləndirib

Son iki gündə Şanlıurfa və Kahramanmaraşdakı məktəblərdə baş verən silahlı hadisələrdən sonra Türkiyədəki məktəblərdə polis nəzarəti gücləndirilib.

Tədbirlər Türkiyə Daxili İşlər və Milli Təhsil nazirlikləri tərəfindən görülüb.

İki nazirliyin birgə qərarına əsasən, hər məktəbdə ən azı iki polis əməkdaşı vəzifə yerinə yetirəcək. Lazım gələrsə, dərs saatlarında əlavə əməkdaşlar yerləşdiriləcək.

Xatırladaq ki, 14 apreldə Şanlıurfa vilayətinin Siverek rayonunda bir liseydə baş verən silahlı hücum nəticəsində bir nəfər həlak olub, 16 nəfər yaralanıb. 15 apreldə Kahramanmaraşda bir məktəbə edilən silahlı hücum nəticəsində doqquz nəfər ölüb, 13 nəfər yaralanıb.

Best coffeeshop in Berlin