Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İranlı millət vəkili internetin bərpasına qarşı çıxıb

İranlı bir qanunverici internetə çıxışın bərpasının hazırda ölkənin maraqlarına uyğun olmadığını bildirib və hökuməti biznes və vətəndaşlara dəyən zərərləri kompensasiya etməyə çağırıb.

Bu barədə "Iran International" məlumat yayıb.

Parlamentin sosial məsələlər komitəsinin üzvü Fəzlullah Rəncbər bildirib ki, kompensasiya Hörmüz boğazından gələn gəlirlərdən, dondurulmuş vəsaitlərin buraxılmasından və iqtisadi əlaqələrin genişləndirilməsindən ödənilməlidir.

"Hazırkı vəziyyətdə internetə çıxışın bərpası ölkənin maraqlarına uyğun deyil", - deyə o, əlavə edib ki, bu mərhələdə çıxışın bərpasını dəstəkləmir.

Best coffeeshop in Berlin