Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimiz "Çempionlar" turnirində daha 4 medal qazanıblar 

Türkiyənin Antalya şəhərində 20 yaşlı (U-20) güləşçilər arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi "Çempionlar" beynəlxalq turnir davam edir. Turnirin ikinci günü də Azərbaycan təmsilçiləri üçün uğurlu olub. Belə ki, start günü 5 (2-1-2) qazanan Azərbaycan yığmasının üzvləri ikinci gün daha 4 (0-1-3) medal qazanıblar. Günün yeganə gümüşünü yunan-Roma güləşçisi Orxan Hacıyev (87 kq) qazanıb. Bürünclər isə Abdullah Həsənov (87 kq, yunan-Roma), Nurlan Ağazadə (74 kq, sərbəst güləş) və Esra Məmmədlinin (54 kq, qadın güləşi) payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin