Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu oldu

"Sabah" Futbol Klubu bu mövsüm Azərbaycan Premyer Liqasının qalibi olub.

21-ci mövsümün son turunda "Neftçi" evdə "Qarabağ"la qarşılaşıb.

"Palms Sports Arena"da keçirilən oyun ev sahibi komandanın 2-1 hesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın heyətində Emil Səfərov 55-ci dəqiqədə, Bassala Sambu isə 90+2-ci dəqiqədə fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov öz qapısına qol vurub.

Turun sonunda "Neftçi" 47 xalla turnir cədvəlində dördüncü yerə yüksəlib. 59 xalla "Qarabağ" liqada 72 xalla lider olan "Sabah"ı geridə qoya bilməyib.

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

Best coffeeshop in Berlin