Dağıstan rəhbəri vəzifəsindən gedir
Sergey Melikov Dağıstan rəhbəri vəzifəsindən ayrılır və başqa vəzifəyə keçir.
Rusiya Prezidenti Vladimir Putin bunu Kremldə regional nümayəndələrlə görüşdə açıqlayıb.
"Respublikanın hazırkı rəhbəri Sergey Alimoviç Melikov sentyabr ayında vəzifəsindən ayrılacaq. O, çox şeyə nail olub və biz buna görə ona minnətdarıq. Amma o, başqa vəzifəyə keçir və həyat davam edir", - deyə dövlət başçısı bildirib.


