“Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı baş tutdu
28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün - Azərbaycan xalqının Müstəqillik gününə həsr olunmuş “Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı 2026-cı il 23 may saat 10:00-da dövlət rəsmləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, rəssamlar, həmçinin, uşaq, yeniyetmə və gənclərin iştirakı ilə Xətai Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda öz işinə başladı.
AZpress.AZ xəbər verir ki, tədbiri Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev açaraq festival iştirakçılarını salamladı və ənənəvi tədbirin Xətai rayonu ərazində keçirilməsindən məmnunluğunu ifadə etdi. Söz alan millət vəkilləri Vüqar Rəhimov və Pərvanə Vəliyeva , YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseynli tədbir haqda fikirlərini bölüşdülər.
Festivalın bədii hissəsi müxtəlif musiqi səhnələri və iştirakçıların plener performansları ilə davam etdi. Nahar fasiləsindən sonra tədbir rəssam Mübariz Atakişiyev ustad dərsi ilə davam etdi. “Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yer tuduğuna görə, həvəsləndirici mükafatlar, həmçinin, sertifikat və hədiyyələrlə mükafatlandirma ilə başa çatdı.
8-11 yaş
I yer Əliyeva Mehin 2018
II yer Məmmədli Rəhimə 2016
III yer Camalzadə Vidadi 2018
Həvəsləndirici mükafat
Əkbərova Fidan 2017
Camalzadə Vidadi 2018
Məmmədli Mehin 2015
12-14 yaş
I yer Orucova Mehrin 2012
II yer İbadsoy Gülsüm 2014
III yer Sadıxzadə Afşin 2014
Həvəsləndirici mükafat
Məmmədli Gözəl 2013
Hüseynli Abbas 2013
Elizaveta Fisinko 2013
15-21 yaş
I yer Məmmədova Ayan 2010
II yer Abdullayeva Fatimə 2008
III yer Kərimli Fidan 2009
Həvəsləndirici mükafat
Biryukova Snejanna 2007
Bəkirova Fəzilə 2008
Şərifzadə Çiçək 2010
Əcnəbi festival iştirakçılarida ayrıca olaraq diplom və
hədiyyələrlə mükafatlandırılacaq.
I yer Costenco Ana-Maria 2012 Moldova
II yer Salar İmge 2015 Türkiyə
III yer Naveera Arzoo Tahir 2005 Pakistan
Tədbirin təşkilatçıları: Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu boya cəmiyyəti Azərbaycan nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzidir.
Dəstəkçilər: Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai rayon İcra Hakimiyyəti, Naxçıvan Rəssamlar Birliyidir.
Şüar: Azərbaycan səni sevirəm! , mövzu: Azərbaycan musiqisi təsviri sənətdə olan festival azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycan musiqisinə daha çox maraq göstərməsi və sevməsinə xidmət məqsədilə elan olunmuşdur.
Festivalın Azərbaycan musiqi mədəniyyətinin təbliğinə tövhə verəcəyinə inanırıq!
Fotolar: Mahir Əhmədov
* bu reportajda olan fotoları sifariş ermək üçün
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23


